Geri

28 yanvar 2012-ci il saat, 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan məişət əşyalarının təmiri sexində dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və məişət əşyaları qismən yanmışdır. Yanğın saat 13:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 4-cü və 5-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 8-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşın liftdən çıxmasını təmin etmişlər. Əməliyyat saat 16:18-də başa çatmışdır;

Oğuz rayonu, Calut kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və ümumi sahəsi 46 kv.m olan bitişik talvarın yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 17:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasını təmin etmişlər. Əməliyyat saat 21:01-də başa çatmışdır;

Zaqatala rayonu, Bazar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları 70 kv.m sahədə yanmışdır. Yanğın saat 23:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:15-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar.  Əməliyyat saat 03:07-də başa çatmışdır;

Goranboy rayonu, Cinli Boluslu kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 54 kv.m sahədə və çardağına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 03:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta sexində taxta qapılar 15 kv.m sahədə yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan mağazanın yanar konstruksiyaları 60 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Xırmandalı kəndində (rayon mərkəzindən 10 km aralı) “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşmuşdur. Nəticədə, minik avtomobili aşmış, sürücüsü - 1979-cu il təvəllüdlü Nurlan Xudaşirin oğlu Cabbarov hadisə yerində ölmüşdür. Xilasedicilər N.Cabbarovun cəsədinin nəqliyyat vasitəsindən çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin etmişlər. Əməliyyat saat 09:15-də başa çatmışdır.