Geri

27 yanvar 2012-ci il, saat 09:00-dək

Sabirabad rayonu, Qalağayın kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qapı təsadüfən kilidlənmişdir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 11:21-də başa çatmışdır;

Lənkəran şəhərində vətəndaşa məxsus çörək bişirmə sexinin yerləşdiyi ümumi sahəsi 350 kv.m olan birmərtəbəli binada dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi, damında olan 6 tonluq mazut çəni və transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində "Ford" və "VAZ" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, "VAZ" markalı avtomobilin sürücüsü xəsarət almışdır. Yaralı xilasedicilərin köməkliyi ilə nəqliyyat vasitəsindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:29-da hadisə yerində müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi ilə başa çatmışdır.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 3 km aralı) “KAMAZ” markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, "VAZ" markalı avtomobilin sürücüsü - 1960-cı il təvəllüdlü Mahir Mikayıl oğlu Mürsəlov hadisə yerində və sərnişini - 1973-cü il təvəllüdlü Adilə Mikayıl qızı Balayeva xəstəxanada vəfat etmişlər, digər 3 sərnişin yaralanmışdır. Yaralıların deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılması və aidiyyəti üzrə aparılması təmin edilmişdir. Əməliyyat saat 15:30-da başa çatmışdır.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Xətai rayonunda fərdi evdə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qapı təsadüfən kilidlənmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açmışlar. Evdə nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 19:25-də başa çatmışdır;

İsmayıllı şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü və 1 nəfər  sərnişin yaralanmış, digər sərnişin - 1986-cı il təvəllüdlü Tural Atamoğlan oğlu Bədəlov hadisə yerində ölmüşdür. Yaralıların xəstəxanaya aparılması təmin edilmişdir. T.Bədəlovun cəsədi xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.  Əməliyyat saat 21:44-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşların liftdən çıxmasını təmin etmişlər. Əməliyyat saat 21:45-də başa çatmışdır;

Kürdəmir rayonu, Qocalı kəndində (rayon mərkəzindən 60 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 176 kv.m olan birmərtəbəli üçotaqlı qamışdan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Baş Daşağıl kəndində (rayon mərkəzindən 28 km aralı) orta məktəbin yerləşdiyi ümumi sahəsi 512 kv.m olan birmərtəbəli binadaki sinif otağında tavan 24 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 23 kv.m sahədə, habelə 6 ədəd parta yanmışdır. Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 27 yanvar 2012-ci il tarixində saat 08:22-də Sumqayıt şəhərindən 25 km şimal-qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdəki maqnituda 3,0 olmuşdur. Sumqayıtda və ətraf yaşayış məntəqələrində zəlzələ 2,5-3,0 bala qədər hiss olunmuşdur.

İnsan tələfatı və dağıntı olmamışdır;

Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları 120 kv.m sahədə yanmışdır. Yanğın saat 09:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.