Geri

26 yanvar 2012-ci il, saat 17:40

 

Sabirabad rayonu, Qalağayın kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qapı təsadüfən kilidlənmişdir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 11:21-də başa çatmışdır;

Lənkəran şəhərində vətəndaşa məxsus çörək bişirmə sexinin yerləşdiyi ümumi sahəsi 350 kv.m olan birmərtəbəli binada dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi, damında olan 6 tonluq mazut çəni və transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində "Ford" və "VAZ" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, "VAZ" markalı avtomobilin sürücüsü xəsarət almışdır. Yaralı xilasedicilərin köməkliyi ilə nəqliyyat vasitəsindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:29-da hadisə yerində müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi ilə başa çatmışdır.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

 

Geri

26 yanvar 2012-ci il, saat 09:00-dək

 

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qapı təsadüfən kilidlənmişdir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin pəncərəsindən xüsusi alət və avadanlıqlar vasitəsilə enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 14:50-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin pəncərəsindən xüsusi alət və avadanlıqlar vasitəsilə enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 15:25-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasını təmin etmişlər. Əməliyyat saat 17:15-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan saunanın taxta və lambrindən ibarət divar üzlüyü 10 kv.m sahədə yanmışdır. Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki tuneldə şübhəli əşyanın olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş və şübhə yaradan 2 ədəd sellofan torbaya baxış keçirmişlər. İçərisində qum aşkar edilmiş hər iki torbanın təhlükə daşımadığı müəyyən olunmuşdur. Əməliyyat saat 23:40-da başa çatmışdır;

Siyəzən şəhərində xəstəxananın yerləşdiyi ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsindəki 2 otağın yanar konstruksiyaları 36 kv.m sahədə və taxta konstruksiyadan ibarət dam örtüyü 18 kv.m sahədə yanmışdır. 4 nəfər tibb personalı yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Mühasibat otağında olan sənədlər və binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan mağazada 1 ədəd kassa aparatı, 1 ədəd kompüter, kompüterin olduğu masa və qapı yanmışdır. Yanğın saat 08:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.