Geri

26 yanvar 2012-ci il, saat 09:00-dək

 

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qapı təsadüfən kilidlənmişdir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin pəncərəsindən xüsusi alət və avadanlıqlar vasitəsilə enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 14:50-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin pəncərəsindən xüsusi alət və avadanlıqlar vasitəsilə enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 15:25-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasını təmin etmişlər. Əməliyyat saat 17:15-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan saunanın taxta və lambrindən ibarət divar üzlüyü 10 kv.m sahədə yanmışdır. Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki tuneldə şübhəli əşyanın olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş və şübhə yaradan 2 ədəd sellofan torbaya baxış keçirmişlər. İçərisində qum aşkar edilmiş hər iki torbanın təhlükə daşımadığı müəyyən olunmuşdur. Əməliyyat saat 23:40-da başa çatmışdır;

Siyəzən şəhərində xəstəxananın yerləşdiyi ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsindəki 2 otağın yanar konstruksiyaları 36 kv.m sahədə və taxta konstruksiyadan ibarət dam örtüyü 18 kv.m sahədə yanmışdır. 4 nəfər tibb personalı yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Mühasibat otağında olan sənədlər və binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan mağazada 1 ədəd kassa aparatı, 1 ədəd kompüter, kompüterin olduğu masa və qapı yanmışdır. Yanğın saat 08:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.