Geri

25 yanvar 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda birmərtəbəli fərdi evdə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1964-cü il təvəllüdlü Allahyar Allahverdi oğlu Məmmədov giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açmışlar. Evə baxış keçirilərkən vətəndaş yataqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində A.Məmmədovun xəstə olduğu müəyyən olunmuşdur. Xəstə aidiyyəti üzrə aparılmışdır. Əməliyyat saat 11:16-da başa çatmışdır;

Sonradan alınmış məlumata əsasən, Allahyar Məmmədov xəstəxanada vəfat etmişdir;

Ağstafa rayonu, Aşağı Göycəli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 40 kv.m sahədə və içərisində olan əşyalar yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və ümumi sahəsi 200 kv.m olan bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda hazırda fəaliyyət göstərməyən hərbi hissənin ərazisindəki söküntüsü aparılan ümumi sahəsi 200 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə hündürmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:25-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər onmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı müəyyən olunmuşdur. Əməliyyat saat 20:15-də başa çatmışdır;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1320 kv.m olan ikimərtəbəli binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 30 kv.m olan gözəllik salonu yanmışdır. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 6 otaqlı evin tavanı 50 kv.m sahədə yanmışdır. Yanğın saat 00:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Türkəci kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.