Geri

24 yanvar 2012-ci il, saat 17:00 – dək

Bakı şəhəri, Sabunçu rayonunda birmərtəbəli fərdi evdə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1964-cü il təvəllüdlü Allahyar Allahverdi oğlu Məhəmmədov giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açmışlar. Evə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində A.Məhəmmədovun xəstə olduğu müəyyən olunmuşdur. Xəstə aidiyyəti üzrə aparılmışdır. Əməliyyat saat 11:16-da başa çatmışdır.

Sonradan alınmış məlumata əsasən, Allahyar Məhəmmədov xəstəxanada vəfat etmişdir.

Geri

24 yanvar 2012-ci il, saat 09:00-dək

Göyçay şəhərində ümumi sahəsi 2400 kv.m olan üçmərtəbəli inzibati binanın 2-ci mərtəbəsindəki ümumi sahəsi 84 kv.m olan otaqda 1 ədəd rəf, telefon aparatları və tavan 20 kv.m sahədə yanmışdır. Yanğın saat 18:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Aşağı Çardaxlar kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə tavan 12 kv.m sahədə yanmışdır. Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.