Geri

30 sentyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı fərdi evin 2-ci mərtəbəsində mətbəxin və vanna otağının yanar konstruksiyaları 32 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda "OPEL" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğınsöndürənlər tərəfindən yanğıdan mühafizə olunmuşdur. Yanğın saat 14:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabuncu rayonunda “ZIL” markalı özüboşaldan yük avtomobili qum boşaldarkən ehtiyatsızlıq səbəbindən hasara çırpılmışdır. Nəticədə, avtomobil deformasiyaya uğramış, avtomobilin qarşısında olan sürücüsü 1959-cu il təvəllüdlü Rızayev Eldar Baləli oğlu hasara sıxılaraq həlak olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobillə hasar arasında sıxılmış vəziyyətdə qalmış həmin şəxsin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:45-də başa çatmışdır;

Göyçay rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və damına yığılmış 8 ton ot bağlamasının 4,5 tonu yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunda, Şəmkir Su anbarında batdığı ehtimal olunan 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanmışdır;

Ucar rayonu, Alpı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 4,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikili yanğınsöndürənlər tərəfindən yanğıdan mühafizə olunmuşdur. Yanğın saat 01:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda “VOLKSWAGEN” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlığı və salonu qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğıdan mühafizə olunmuşdur. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.