Geri

29 sentyabr 2011-ci il, saat 09:00-dək

Şəki rayonu, Çələbixan qəsəbəsində "BMW" və "VAZ" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobillərin  sürücüləri və "VAZ" markalı avtomobildə olan 2 sərnişin xəsarət almışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 4 yaralını çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:50-də başa çatmışdır;

Beyləqan rayonu, Aşağı Çəmənli kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Şəkərli dəmiryol dayanacağında (rayon mərkəzindən 7 km aralı) Ağstafa lokomotiv deposunun dəmiryol təmiri qatarının mühərrik hissəsi və kabinəsinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Duzdax kəndində (rayon mərkəzindən 9 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "ZİL" markalı yük qaldırıcı avtomobilin salonu və mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının  3-cü  mərtəbəsində yerləşən həmin mənzilə 4-cü mərtəbədən enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə daxil olarkən həmin şəxsin yatmış vəziyyətdə olduğu aşkarlanmışdır. Əməliyyat saat 23:53-də başa çatmışdır;

Gədəbəy rayonu, Şahdağ kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ot bağlaması yanmışdır. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.