Geri

28 sentyabr 2011-ci il, saat 09:00-dək

Qazax rayonu, Daş Salahlı kəndində (rayon mərkəzindən 12 km aralı) ümumi sahəsi 300 kv.m olan tövlənin qamışdan ibarət tavanı 11 kv.m sahədə yanmışdır. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda, Ceyranbatan qəsəbəsində giriş qapısının kilidinin sınması nəticəsində yaşlı qadının mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Bununla da, zərərçəkmişə müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 12:50-də başa çatmışdır;

Goranboy rayonu, Bakı-Qazax yolunun 338 -ci km-də (rayon mərkəzindən15 km aralı) "VAZ" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobillərdə olan 4 nəfər həlak olmuş, 4 nəfər xəsarət almışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə "VAZ" markalı hər iki minik avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxslərin cəsədlərini və 4 nəfər yaralı sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:55-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda məktəbin laboratoriya otağında Br2 kimyəvi elementi aşkarlanmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş Nazirliyin Mülki müdafiə qoşunlarının kimya xidmətinin əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri görmüş və kimyəvi elementi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:10-da başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan dəmir konstruksiyalardan ibarət qarajda avtomobil ehtiyat hissələri 5 kv.m sahədə və yaxınlıqda məişət tullantıları 70 kv.m sahədə yanmışdır. Yanğın saat 17:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Xoşçobanlı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində giriş qapısının kilidinin sınması nəticəsində 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Bununla da, zərərçəkmişlərə xilasedicilər tərəfindən müvafiq yardım göstərilmişdir. Əməliyyat 19:04-də başa çatmışdır;

Xızı rayonu, Sitalçay kəndində (rayon mərkəzindən 40 km aralı) 3 ha sahədə qamışlıq yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin eyvanına yan qonşunun eyvandan daxil olmuş  və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs yatmış vəziyyətdə olduğu aşkarlanmışdır. Əməliyyat saat 22:41-də başa çatmışdır;

Şəki şəhərində "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "VAZ" markalı minik avtomobili və "QAZ" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər xəsarət almışlar. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşdür. Əməliyyat saat 00:50-də başa çatmışdır.