Geri

27 sentyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci və 6-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:12-də başa çatmışdır;

Bərdə rayonu, Mehdili kəndində (rayon mərkəzindən18 km aralı) ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 5 otaqlı fərdi evin yanar konstruksiyaları yanmışdır. Evə bitişik köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər  tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Moranlı kəndində (rayon mərkəzindən 30 km aralı) ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı ev və tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının kilidinin sınması nəticəsində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuşlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 14:30-da başa çatmışdır;

Masallı rayonu, Köçəkli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan çayxananın yanar konstruksiyaları yanmışdır. Bitişik tikilmiş mağazalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda onsəkkizmərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:26-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 49 kv.m olan 3 otaqlı fərdi evin mətbəxinin lambrindən ibarət tavanı 6 kv.m və döşəməsi 1 kv.m sahədə yanmış, yüksək temperaturdan dəhlizin lambrindən ibarət tavanı 4 kv.m sahədə ərimişdir. Mənzil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik şəhərində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Kamallı kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan təsərrüfat məqsədləri üçün istifadə olunan vaqonun yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Cəngi kəndində (rayon mərkəzindən 32 km aralı) "Мoskviç" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı minik avtomobilinin sürücüsü Ələkbərov Əlizamin Fərman oğlu vəfat etmiş, "Мoskviç" markalı avtomobilin sürücüsü və "VAZ" markalı avtomobildə olan sərnişin xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "VAZ" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış Ə.Ələkbərovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:52-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:32-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanmış, yaxınlıqdakı asfalt çəkən avtomobilin şüşələri və plastik hissələri ərimişdir. Yaxınlıqdakı digər avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qaratəpə kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.