Geri

26 sentyabr 2011-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:10-da başa çatmışdır;  

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın 14:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:33-də başa çatmışdır;  

Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, uşaq mənzilin qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin eyvanından enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:30-da başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Nəsimi rayonunda sökülməkdə olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində 200 kv.m sahədə məişət tullantıları yanmışdır. Yanğın 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Danaçı kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 178 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 32 kv.m sahədə yanmışdır. Yanğın 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.