Geri

26 sentyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 10:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Sındıq kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Cəfərabad kəndində "QAZEL" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı avtomobilin sürücü və 1 sərnişin həlak olmuş, "QAZEL" markalı yük avtomobilinin sürücüsü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həlak olan şəxslərin cəsədlərini avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:58-də başa çatmışdır;

Göyçay rayonu, Bığır kəndində (rayon mərkəzindən 14 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 19 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının çardağına yığılmış 5 kv.m sahədə məişət tullantıları yanmışdır. Binanın çardağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Hindarx qəsəbəsində "Azərenerji" ASC-yə məxsus gücü 100 kVt olan transformatorun sarğıları yanmışdır. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Pratman-Gəncəli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan talvarın altına yığılmış 13 ton ot bağlaması yanmışdır. Talvar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə on səkkizmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilə 9-cu mərtəbənin eyvanından enərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış azyaşlı uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 23:03-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:38-də başa çatmışdır;

Xaçmaz şəhərində ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin 1 otağının yanar kostruksiyaları 25 kv.m sahədə yanmışdır. Yanğın saat 00:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 sentyabr 2011-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:10-da başa çatmışdır;  

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın 14:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:33-də başa çatmışdır;  

Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, uşaq mənzilin qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin eyvanından enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:30-da başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Nəsimi rayonunda sökülməkdə olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində 200 kv.m sahədə məişət tullantıları yanmışdır. Yanğın 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Danaçı kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 178 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 32 kv.m sahədə yanmışdır. Yanğın 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.