Geri

23 sentyabr 2011-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində MKİS-nə məxsus yataqxana binasının zirzəmisinə yığılmış 150 kv.m sahədə məişət tullantıları və istifadəsiz avtomobil şinləri yanmışdır. Bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan yeməkxananın yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Molday kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlamasının 15 tonu yanmışdır. Otun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Kiş kəndində (rayon mərkəzindən 8 km aralı) 3 nəfərin dağın yüksəkliyində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik tələblərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə dağın yüksəkliyinə qalxaraq həmin şəxslərin xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 16:54-də başa çatmışdır;

Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin vanna otağının qapısının təsadüfən kilidlənməsi nəticəsində içəridə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısından içəri daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə vanna otağının qapısını açmışlar. Bununla da zərərçəkmişə müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 21:35-də başa çatmışdır;

Ağdam rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqda yığılmış ot bağlaması yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə 5-ci mərtəbənin damından enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış azyaşlı uşaq xilasedicilər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:38-də başa çatmışdır;

Balakən rayonunda "Azərenerji" ASC-yə məxsus transformatorun sarğıları və yağı yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.