Geri

22 sentyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin eyvanından enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:34-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda limanda kəsilməkdə olan yük gəmisinin taxta üzlüyü 60 kv.m sahədə yanmışdır. Gəminin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran  rayonu, «Üç sotlar» massivində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə 1000 kv.m sahədə quru ot və istifadəsiz taxta yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda onmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:13-də başa çatmışdır;

Füzuli rayonu, 2-ci Mahmudlu kəndində (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 40 kv.m sahədə və çardağa yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.