Geri

21 sentyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda "Otoyol" və "Daewoo" markalı sərnişin avtobusları və "Mercedes" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Otoyol" markalı sərnişin avtobusu aşaraq içərisində olan 6 nəfər xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:37-də başa çatmışdır;

Goranboy rayonu, Faxralı kəndində (rayon mərkəzindən 40 km aralı) ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin 1 otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda yerləşən "AzEuroTel" MMC-nin inzibati binasına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin binada şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 18:59-da başa çatmışdır;

Goranboy rayonu, Hazırəhmədli kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin 1 otağında ev əşyaları 5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Horadiz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 630 kv.m olan şadlıq evinin alkapondan ibarət divar üzlüyü 80 kv.m sahədə yanmışdır. Şadlıq evinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Şiyəkəran kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyü 28 kv.m sahədə və damına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın zamanı 11 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuş və 10 baş xırdabuynuzlu heyvan xilas edilmişdir. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda onmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:07-də başa çatmışdır; 

Zaqatala rayonu, Kəpənəkçi kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 20 kv.m sahədə və çardağına yığılmış 1 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:07-də başa çatmışdır; 

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:34-də başa çatmışdır;

Ucar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan metlax sexinin dam örtüyünün yanar konstruksiyaları 32 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.