Geri

20 sentyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin eyvanına damdan enərək daxil olmuş və giriş qapısının açılmasını təmin etmişlər. Əməliyyat saat 15:13-də başa çatmışdır;

Şabran rayonu, Pirhəsən kəndində (rayon mərkəzindən 18 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi və 5 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda yerləşən "Mərkəzi Univermaq" ASC-nin binasına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin binada şübhəli əşya aşkar etməmişlər. Əməliyyatı saat 21:41-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə onaltımərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən həmin mənzilin eyvanına damdan enərək içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən həmin şəxsin yatmış vəziyyətdə olduğu aşkarlanmışdır. Əməliyyat saat 00:28-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda "KAMAZ" markalı yanacaq daşıyan avtomobillə "MERCEDES" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə yanacaq daşıyan avtosisterninin içərisində olan 8 ton yanacaq ətrafa dağılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər yanğın hadisəsinin baş verməsinin qarşısını almış və qəzanın nəticələrini aradan qaldırmışlar. Əməliyyat saat 03:00-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan daş döşəmə sexinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Ağsu rayonu, Ərəbmehdibəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan dəmir konstruksiyalardan ibarət konteynerin içərisinə yığılmış 60 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ot bağlaması yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;