Geri

19 aqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda onüçmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsinin eyvanından 1 nəfərin özünü ataraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər həmin şəxslə müvafiq söhbət aparmış və yaranmış əlverişli vəziyyətdən istifadə edərək vətəndaşı xilas etmişlər. Əməliyyat saat 14:03-də başa çatmışdır;

Ağdaş rayonu, İkinci Aral kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 160 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu sahilində nəzarət olunan ərazidə çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 15:05-də başa çatmışdır;

Qəbələ rayonu, Kürd kəndində (rayon mərkəzindən 34 km aralı) Kürd Kənd Bələdiyyəsinə məxsus ərazidə 40 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində (rayon mərkəzindən 14 km aralı) ümumi sahəsi 115 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Soyuqbulaq kəndində (rayon mərkəzindən 20 km aralı) Soyuqbulaq Kənd Bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 6 km aralı) süd zavodunun ərazisində yığılmış 5 ton peyin yanmışdır. Yanğından süd zavodu mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,4 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Kürdmahmudlu kəndində (rayon mərkəzindən 32 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:56-da başa çatmışdır;

Salyan şəhərində ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 48 kv.m sahədə yanmışdır. Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür