Geri

18 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:34-də başa çatmışdır;

Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 12 km aralı) Şiştəpə Kənd Bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 13:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, İsgəndərli kəndində 6 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:02-də başa çatmışdır;

Şabran şəhərində "Vaz" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Şamlı kəndində (rayon mərkəzindən 28 km aralı) Şamlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi və 1 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Şahhüseynli kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 17 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı yaşayış evləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:51-də başa çatmışdır;

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində Mənzil-Kommunal İstismar Sahəsinə məxsus hazırda istifadə olunmayan ümumi sahəsi 200 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Soyuqbulaq kəndində 8 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 6 km aralı) Dəllər Cəyir Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Ərəbcəbirli kəndində (rayon mərkəzindən 7 km aralı) Ərəbcəbirli Kənd Bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə quru ot yanmışdır. Yanğın saat 21:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Zərrab kəndində (rayon mərkəzindən 26 km aralı) Zərrab Kənd Bələdiyyəsinə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Bığır kənd kəndində (rayon mərkəzindən 28 km aralı) Bığırkənd Kənd Bələdiyyəsinə məxsus ərazidə 20 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 600 kv.m olan anbarın yanar konstruksiyaları və həmin anbarın içərisində olan mallar 460 kv.m sahədə yanmışdır. Yanğın saat 03:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı şəhərində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 400 kv.m olan evin mətbəxində tavanın yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Talıstan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus əraziyə yığılmış 6 ton ot bağlaması və yaxınlıqdakı ümumi sahəsi 42 kv.m olan tikilinin tavanının yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.