Geri

15 avqust 2011-ci il, saat 10:00-dək

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 6-cı mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:54-də başa çatmışdır;

Beyləqan rayonu, Birinci Şahsevən kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 12 ton ot bağlaması yanmış və tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğulmuşdur. Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:31-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və təmirə dayanmış "Vaz" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Əski İqrığ kəndində (rayon mərkəzindən 12 km aralı) Əski İqrığ Kənd Bələdiyyəsinə məxsus ərazidə 7 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Həsənbəyli kəndində (rayon mərkəzindən 30 km aralı) Həsənbəyli Kənd Bələdiyyəsinə məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi və 14 ha sahədə quru ot yanmışdır. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 3 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən enərək 6-cı mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:55-də başa çatmışdır;

Şəki rayonu, Təpəcənnət kəndində (rayon mərkəzindən 45 km aralı) Təpəcənnət Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi və 1 ha quru ot yanmışdır. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Aşağı Salahlı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 17 kv.m olan 1 otaqlı mənzildə əşyalar yanmışdır. Yanğın saat 23:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan yardımçı tikilidə tavanın yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 23:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonunda, Giləzi dəmiryol dayanacağında (rayon mərkəzindən 32 km aralı) elektrovozun kabinəsinin yanar hissələri yanmışdır. Elektrovozun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Qazıqumlaq kəndində (rayon mərkəzindən 15 km aralı) "Audi" markalı minik avtomobili və "Belorus" markalı traktor toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilində olan
sərnişinlər - Quliyev Rəhim İsmayıl oğlu və Kazımov Mikayıl Yaqub oğlu həlak olmuş, sürücü və 1 sərnişin isə yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər R.Quliyevin və M.Kazımovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:52-də başa çatdırılmışdır:

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;

Günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 2 nəfər və nəzarət olunmayan hissəsində 2 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir;

Şabran rayonunda "Mercedes" markalı avtobus qəzaya uğramışdır. Nəticədə, avtobus deformasiyaya uğramış, hadisə zamanı avtobusda olan 35 sərnişindən 10-u yaralanmışdır. Xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən 3 yaralı çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Yaralılar xəstəxanaya aparılmışdır. Digər 7 yaralıya isə hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Əməliyyat saat 09:30-da başa çatmışdır;

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində batmış 1989-cu il təvəllüdlü Quliyev Nicat Əjdər oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi batdığı yerdən 17 km aralıda, nəzarət olunmayan ərazidə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:00-da başa çatmışdır.