Geri

31 iyul 2011-ci il, saat 09:00-dək

Oğuz rayonu, Yaqublu kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan çayxananın dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Yanğın saat 09:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin dəhlizinə yığılmış əşyalar 12 kv.m sahədə yanmışdır. Yanğın zamanı mənzildə olan 2 nəfər hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 13:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Sarıcəfərli kəndində (rayon mərkəzindən 5 km aralı) Sarıcəfərli Kənd Bələdiyyəsinə məxsus ümumi sahəsi 24 kv.m olan istifadəsiz balıqçılıq sexinin yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin eyvanına yığılmış əşyalar 8 kv.m sahədə yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən binadan 20 nəfər təxliyyə olunmuşdur. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Qara Nuru kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Siyavar kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə və həmin tövlənin damına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Əlimərdanlı kəndində (rayon mərkəzindən 15 km aralı) Əlimərdanlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi və qəbiristanlığın ərazisində 5,5 ha sahədə quru ot yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər  tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Köhnə Xudat kəndində (rayon mərkəzindən 9 km aralı) Köhnə Xudat Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, İkinci Nügədi qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Xanlıq kəndində (rayon mərkəzindən 15 km aralı) Xanlıq Kənd Bələdiyyəsinə məxsus ərazidə 8 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 37 kv.m olan ikimərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 22 kv.m sahədə yanmışdır. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Ləki qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:36-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Dönük Qırıqlı kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanmışdır. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndində Qarayazı Kənd Bələdiyyəsinə məxsus ərazidə 33 ha biçilmiş taxıl sahəsi və quru ot yanmışdır. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Quliyeva Cəmilə Nəbi qızının axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:20-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən enərək 6-cı mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 00:28-də başa çatmışdır;

İmişli rayonu, Qaradonlu kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:42-də yanğınsöndürənlər  tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində, Xəzər dənizinin nəzarət olunmayan hissəsində batdığı ehtimal edilən şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;

Günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 4 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.