Geri

30 iyul 2011-ci il saat 09:00-dək

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 4 kv.m olan köşkün taxta  üzlüyü yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Suskənd kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və həmin tövlənin içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Cəfərli kəndində (rayon mərkəzindən 15 km aralı) Cəfərli Kənd Bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Alpout kəndində (rayon mərkəzindən 10 km aralı) Alpout Kənd Bələdiyyəsinə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 13:20-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Meysəri kəndində (rayon mərkəzindən 7 km aralı) Meysəri Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Kolatan kəndində (rayon mərkəzindən 13 km aralı) Kolatan Kənd Bələdiyyəsinə məxsus ərazidə 2 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Kiçik Alatəmir kəndində (rayon mərkəzindən 8 km aralı) Kiçik Alatəmir Kənd Bələdiyyəsinə məxsus ərazidə 2 ha quru ot və kol-kos yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Göydərə kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80  kv.m sahədə və həmin tövlənin çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Daşkənd kəndində (rayon mərkəzindən 25 km aralı) Daşkənd Kənd  Bələdiyyəsinə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi və 4 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 15:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldırmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:22-də başa çatmışdır;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan qarajda tavanın yanar  konstruksiyaları 4 kv.m sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan  qarajın içərisində əşyalar 3 kv.m sahədə və qarajın arxasında 200 kv.m sahədə quru ot  yanmışdır. Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Qaracüzlü kəndində (rayon mərkəzindən 29 km aralı) vətəndaşa məxsus 0,2 ha üzüm bağı və ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Yanğın saat 18:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Əlibəyli kəndində (rayon mərkəzindən 14 km aralı) Əlibəyli Kənd  Bələdiyyəsinə məxsus ərazidə 7 ha biçilmiş taxıl sahəsi və 10 ha quru ot  yanmışdır. Yaxınlıqdakı otlaq sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə  olunmuşdur. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Aşağı Bucaq kəndində Aşağı Bucaq Kənd Bələdiyyəsinə məxsus ərazidə 7,5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində ümumi sahəsi 127 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar  konstruksiyaları və əşyalar 78 kv.m sahədə yanmışdır. Yanğın saat 18:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Böyük Cəfərli kəndində (rayon mərkəzindən 15 km aralı) Böyük Cəfərli Kənd Bələdiyyəsinə məxsus ərazidə 7 ha biçilmiş taxıl sahəsi və quru ot yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan və hazırda fəaliyyət göstərməyən yeməkxananın dam örtüyünün yanar konstruksiyaları və həmin tikilinin ətrafında quru ot 40 kv.m sahədə yanmışdır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Qaracəmirli kəndində (rayon mərkəzindən 18 km aralı) Qaracəmirli Kənd Bələdiyyəsinə məxsus ərazidə 20 ha biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Dəhnəxəlil kəndində (rayon mərkəzindən 7 km aralı) Dəhnəxəlil Kənd Bələdiyyəsinə məxsus ərazidə 3,5 ha biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yanğın saat 19:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Sarvan kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 170 kv.m sahədə və  həmin tövləyə yığılmış 5  ton ot  bağlaması yanmışdır. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar şəhərində vətəndaşa məxsus 2 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:30-da başa çatmışdır;

Şəki rayonu, Turan qəsəbəsində (rayon mərkəzindən 60 km aralı) Turan Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Nərimanabad qəsəbəsində Nərimanabad Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı Qızılağac Dövlət Təbiət Qoruğu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Talabı kəndində (rayon mərkəzindən 35 km aralı) Talabı Kənd Bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Məzəm kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda onikimərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən sonuncu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:07-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və əşyalar 15 kv.m sahədə yanmışdır. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğın qəsdən törədilmişdir;

Füzuli rayonu, Şükürbəyli kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında liftin elektrik qutusu yanmışdır. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 8 nəfər, nəzarət olunmayan hissəsində isə 3 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir;

Lerik rayonu, Qələbin kəndi ərazisində yerləşən şəlalədə batdığı ehtimal edilən şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır.