Geri

27.07.2011-ci il saat 16:30-dək

Xəzər dənizinin Corat sahillərində dənizin nəzarət olunmayan hissəsində suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 12:30-da başa çatmışdır.

İsmayıllı rayonu, Əyyubbəyli kəndi ərazisində quru ot, kol-kos və xırda ağacların yanması və yanğının genişlənərək meşə zolağına keçməsi təhlükəsinin yaranması barədə məlumat daxil olmuşdur. Yanğının dağlıq ərazidə olmasını nəzərə alaraq, dərhal Nazirliyin 200 nəfərə yaxın canlı qüvvəsi və 11 ədəd texnikası, o cümlədən 3 helikopteri hadisə yerinə cəlb edilmişdir. Hazırda 3-4 ha sahəni əhatə edən yanğınla mübarizə davam edir.

Geri

27.07.2011-ci il saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:44-də başa çatmışdır;

Astara rayonu, Qapıçıməhəllə kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Xətai kəndində (rayon mərkəzindən 7 km aralı) Xətai Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Qovlar qəsəbəsində Qovlar Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 2 ha quru ot yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Şıxarx kəndində (rayon mərkəzindən 18 km aralı) Şıxarx Kənd Bələdiyyəsinə məxsus ərazidə 40 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda onmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində taxta qəliblər 510 kv.m sahədə, 7-ci, 8-ci və 10-cu mərtəbələrdə isə taxta tullantıları 3 kv.m sahədə yanmışdır. Yanğın saat 15:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Qarabulaq kəndində (rayon mərkəzindən 10 km aralı) elektrik şəbəkəsinə məxsus transformatorun yağ açarı və həmin transformatorun ətrafına dağılmış yağ 4 kv.m sahədə, həmçinin, Qarabulaq Kənd Bələdiyyəsinə məxsus ərazidə 1,5 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tiklilər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 107 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 9 ton ot  bağlaması yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 8 km aralı) avtomobil yolunun kənarında 6 ha sahədə quru ot yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan pambıq sexinin yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Yanğın saat 18:13-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Quşçu və Bayramlı kəndlərində hər iki kənd bələdiyyəsinə məxsus ərazidə 150 ha sahədə quru ot yanmışdır. Yanğın saat 18:40-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzildə mətbəxin yanar konstruksiyaları və 5 kv.m sahədə yanmışdır. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, İrmaşlı kəndində (rayon mərkəzindən 15 km aralı) İrmaşlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 50 ha sahədə quru ot və biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:06-da başa çatmışdır;

Tovuz rayonu, İbrahimhacılı kəndində İbrahimhacılı Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə quru ot yanmışdır. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Meyvəli kəndində Meyvəli Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 23:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Bəhrəmbəy kəndində (rayon mərkəzindən 13 km aralı) Bəhrəmbəy Kənd Bələdiyyəsinə məxsus ərasidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:04-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 600 kv.m olan üçmərtəbəli inzibatı binanın çardağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 3 nəfər və nəzarət olunmayan hissəsində isə 4 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.