Geri

27.07.2011-ci il saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:44-də başa çatmışdır;

Astara rayonu, Qapıçıməhəllə kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Xətai kəndində (rayon mərkəzindən 7 km aralı) Xətai Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Qovlar qəsəbəsində Qovlar Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 2 ha quru ot yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Şıxarx kəndində (rayon mərkəzindən 18 km aralı) Şıxarx Kənd Bələdiyyəsinə məxsus ərazidə 40 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda onmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində taxta qəliblər 510 kv.m sahədə, 7-ci, 8-ci və 10-cu mərtəbələrdə isə taxta tullantıları 3 kv.m sahədə yanmışdır. Yanğın saat 15:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Qarabulaq kəndində (rayon mərkəzindən 10 km aralı) elektrik şəbəkəsinə məxsus transformatorun yağ açarı və həmin transformatorun ətrafına dağılmış yağ 4 kv.m sahədə, həmçinin, Qarabulaq Kənd Bələdiyyəsinə məxsus ərazidə 1,5 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tiklilər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 107 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 9 ton ot  bağlaması yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 8 km aralı) avtomobil yolunun kənarında 6 ha sahədə quru ot yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan pambıq sexinin yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Yanğın saat 18:13-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Quşçu və Bayramlı kəndlərində hər iki kənd bələdiyyəsinə məxsus ərazidə 150 ha sahədə quru ot yanmışdır. Yanğın saat 18:40-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzildə mətbəxin yanar konstruksiyaları və 5 kv.m sahədə yanmışdır. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, İrmaşlı kəndində (rayon mərkəzindən 15 km aralı) İrmaşlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 50 ha sahədə quru ot və biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:06-da başa çatmışdır;

Tovuz rayonu, İbrahimhacılı kəndində İbrahimhacılı Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə quru ot yanmışdır. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Meyvəli kəndində Meyvəli Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 23:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Bəhrəmbəy kəndində (rayon mərkəzindən 13 km aralı) Bəhrəmbəy Kənd Bələdiyyəsinə məxsus ərasidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:04-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 600 kv.m olan üçmərtəbəli inzibatı binanın çardağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 3 nəfər və nəzarət olunmayan hissəsində isə 4 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.