Geri

23.07.2011-ci il saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:19-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 40 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan 2 ədəd taxta qapı yanmışdır. Yanğın saat 12:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Təklə kəndində (rayon mərkəzindən 26 km aralı) ümumi sahəsi 30 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 9 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Aşağı Balıqqaya kəndində (rayon mərkəzindən 12 km aralı) həyətyanı sahəyə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı yaşayış evi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Əsədli kəndində (rayon mərkəzindən 26 km aralı) kənd qəbiristanlığının ərazisində 3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Bürzümbül kəndində (rayon mərkəzindən 12 km aralı) həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində ümumi sahəsi 58 kv.m olan birmərtəbəli xidməti evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və zərərçəkmiş şəxsin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:22-də başa çatmışdır;

Şəmkir rayonu, Abbaslı kəndində (rayon mərkəzindən 28 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 8 ha quru ot və 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Ağcabədi-Beyləqan yolunun kənarında, Ağcabədi Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ərazisində 1,5 ha sahədə quru ot, kol-kos və 25 ədəd iydə ağacı yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Bəciravan kəndində (rayon mərkəzindən 27 km aralı) ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın zamanı 2 baş iribuynuzlu heyvan və tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Alışanlı kəndində (rayon mərkəzindən 10 km aralı) ümumi sahəsi 32 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində 12 ədəd elektrik sayğacı yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdə olan 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuş, binadakı mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Şurabad kəndində (rayon mərkəzindən 46 km aralı)5 kənd bələdiyyəsinə məxsus ərazidə 50 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Zarat kəndində (rayon mərkəzindən 25 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki yüksək gərginlikli elektrik dirəkləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Sarıtəpə kəndində (rayon mərkəzindən 8 km aralı) Zəyəm bələdiyyəsinə məxsus ərazidə 11 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Üçgün kəndində (rayon mərkəzindən 15 km aralı) bağ sahəsində 120 ədəd fındıq ağacı və bələdiyyəyə məxsus ərazidə 1 ha kol-kos yanmışdır. Yaxınlıqdakı digər ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 300 kv.m olan yeni tikilmiş fərdi evin çardağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m, bitişik yerləşən talvarın yanar konstruksiyaları isə 20 kv.m sahədə yanmışdır. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Muxtariyyə kəndində (rayon mərkəzindən 13 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7 ha sahədə quru ot və ümumi sahəsi 4 ha olan xurma bağında 1,5 ha xurma ağacları yanmışdır. Xurma bağının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax şəhərində, İstanbul-Bakı marşrutu ilə hərəkət edən "MERCEDES" markalı sərnişin avtobusunun mühərrik hissəsi qismən yanmışdır. Avtobusun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Privolnoye kəndində 7 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı evlər və digər infrastrukturlar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Çələbixan qəsəbəsində Gəncə Şəhər 4 saylı Lokomotiv Deposuna məxsus yük qatarının elektrovozunun 4-cü mühərrikində elektrik naqilləri qismən yanmışdır. Elektrovozun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Dəmirçilər kəndində (rayon mərkəzindən 10 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Sərxanlı kəndində (rayon mərkəzindən 35 km aralı) həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə damdan enərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə köməksiz vəziyyətdə aşkarlanmış həmin şəxs xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:35-də başa çatmışdır;

Cəlilabad şəhərində həyətyanı sahəyə yığılmış 2 ton ot tayası yanmışdır. Yanğın saat 22:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda 1 ədəd döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aşkarlanmış sursatın "RQD-5" markalı təlim tipli əl qumbarası olduğunu müəyyən etmişlər. Aşkarlanmış döyüş sursatı nazirliyin mütəxəssisləri tərəfindən müvafiq tədbirlər həyata keçirildikdən sonra aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:07-də başa çatmışdır;

Cəlilabad rayonu, Gülməmmədli kəndində (rayon mərkəzindən 25 km aralı) həyətyanı sahəyə yığılmış 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Nərimankənd kəndində (rayon mərkəzindən 1 km aralı) ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 10 kv.m sahədə və içərisinə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 18 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Seydimli kəndində  (rayon mərkəzindən 3 km aralı) ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton buğda yanmışdır. Yaxınlıqdakı ev və 5 ton ot bağlaması yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Kür çayının Aşağı Surra kəndi ərazisindən keçən hissəsində batmış 1985-ci il təvəllüdlü Bəhruz Yasər oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Günün müxtəlif saatlarında Xəzər dənizinin Lökbatan və Novxanı sahillərində Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən dənizin nəzarət olunan hissəsində 4 nəfər xilas olunmuşdur.

Geri

22 iyul 2011-ci il, saat 15:30:

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış və zərərçəkmiş şəxsin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:18-də başa çatmışdır;

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində batmış 1985-ci il təvəllüdlü Əhmədov Bəhruz Yasər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:35-də başa çatmışdır.

Geri

22 iyul 2011-ci il, saat 09:00-dək:

Qəbələ rayonu, Böyük Əmirli kəndində (rayon mərkəzindən 22 km aralı) kənd bələdiyyəsinə məxsus 9 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Bolludərə kəndində (rayon mərkəzindən 70 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə endirərək onun qapılarını açmış və həmin şəxsin çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:02-də başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 576 kv.m olan dördmərtəbəli binanın çardağının taxta konstruksiyaları 500 kv.m sahədə yanmışdır. Binadakı mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;  

Yardımlı rayonu, Anzov kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Təngərüd kəndində (rayon mərkəzindən 20 km aralı) ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli fərdi evin yanar konstruksiyaları 96 kv.m sahədə, ona bitişik tikilmiş ümumi sahəsi 48 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və sexdə təmirə dayanmış  "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonunda (rayon mərkəzindən 12 km aralı) quraşdırma evlər şəhərciyində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və ona bitişik evlərin çəpərinin ümumilikdə 24 p.m hissəsi yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Məlikkənd kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xudat şəhərində dəmiryolu vağzalının ərazisində palıd ağacı aşaraq dəmiryolu vağzalında girişə maneə törətmişdir. Yola aşmış ağacı hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yoldan kənarlaşdırmışlar. Əməliyyat saat 18:20-də başa çatmışdır;

Şəki rayonu, Şəki kəndində (rayon mərkəzindən 40 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;  

Xızı rayonu, Xələnc kəndində (rayon mərkəzindən 6 km aralı) kənd bələdiyyəsinə məxsus 8 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Bilgəh sahillərində dənizin nəzarət olunan hissəsində batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 19:35-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq onun qapılarını açmış və zərərçəkmiş şəxslərin çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:21-də başa çatmışdır;

Xəzər dənizinin Lənkəran sahillərində dənizin nəzarət olunan hissəsində batma təhlükəsi ilə üzləşmiş 1 nəfər  Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 21:40-da başa çatmışdır;

Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 8 km aralı) kənd bələdiyyəsinə məxsus 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilmiş taxıl sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Qoxmuq kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan talvarın altına yığılmış 2 ton ot bağlaması yanmışdır. Talvar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ şəhərində "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, içərisində  olan 7 nəfər xəsarət almışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşları çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. 2011-ci il təvəllüdlü Günel Rafiq qızı Cavadova hadisə yerində həlak olmuşdur. Əməliyyat saat 23:51-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda "TOFAŞ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü isə xəsarət almışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış həmin şəxsi çıxararaq ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermişlər. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 01:40-da başa çatmışdır;

Ağsu rayonu, Qaraməmmədli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;  

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan mağazanın içərisində quraşdırılmış 2 ədəd elektrik sayğacı yanmışdır. Mağaza yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli evin tavanı və döşəməsinin yanar konstruksiyaları, ümumilikdə, 200 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır.