Geri

30 iyun 2011-ci il, saat 09:00-dək

Füzuli rayonu, Bala Bəhmənli kəndində (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 500 kq ot bağlaması yanmışdır. Yanğın saat 11:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Böyük Kəsik kəndində dağlıq ərazidə 10 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Xaçınabad kəndində (rayon mərkəzindən 18 km aralı) ümumi sahəsi 84 kv.m olan fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Kəbirli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus kombaynın mühərrik hissəsi, arxa təkəri və 0,3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:28-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda onmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:34-də başa çatmışdır;

Göyçay rayonu, Müskürlü kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır.  Yanğın saat 19:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 21 kv.m sahədə və həmin tövlənin çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda tikintisi başa çatmamış ümumi sahəsi 24 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 20:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Privolnoye kəndində vətəndaşa məxsus traktorun qoşqusuna yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, nəqliyyat vasitələri deformasiyaya uğramış, "VAZ" markalı minik avtomobilinin sürücüsü və 4 sərnişin yaralanmışdır. Sürücü xəstəxanaya aparılmışdır. Xilasedicilər 4 yaralıya hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:23-də başa çatmışdır; 

Gəncə şəhəri, Kəpəz rayonunda Kəpəz Rayon Bələdiyyəsinə məxsus ərazidə 2 ha sahədə quru ot yanmışdır. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonunda 2 "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi yanmış, sürücülər və 3 sərnişin yaralanmış, avtomobillərdən birində olan 4 nəfər isə həlak olmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı Aydan Fəzail qızı Babayeva, Xanım Fəzail qızı Babayeva, Nicat Vüsal oğlu İbrahimov və 1955-ci il təvəllüdlü Nərminə Hüseyn qızı İbrahimovanın cəsədləri aşkarlanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər qeyd olunan şəxslərin cəsədlərini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:01-də başa çatmışdır;

Qəbələ şəhərində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Dünyamalılar kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Nərimankənd kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 112 kv.m sahədə və həmin tövlənin çardağına yığılmış 6 ton ot tayası yanmışdır.  Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 24 kv.m olan konteynerin üzlüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində 4 nəfər və nəzarət olunmayan hissəsində 1 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.