Geri

28 iyun 2011-ci il, saat 09:00-dək

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan mağazada tavanın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 09:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində dənizin nəzarət olunan hissəsində rezin qayıqla üzən 3 nəfər qayıqda yaranmış texniki nasazlıq səbəbindən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 09:20-də başa çatmışdır;

Astara rayonu, Şahağac kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan talvarın altına yığılmış 900 kq ot bağlaması yanmışdır. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərərfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 33 kv.m olan geyim mağazasında 5 kv.m sahədə rəf və mallar yanmış, yüksək temperaturdan lambirdən ibarət asma tavan 20 kv.m sahədə ərimişdir. Yanğın saat 12:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:41-də başa çatmışdır;

Ağdaş rayonu, Nehrəxəlil kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus traktorun yanar hissələri və quru ot 500 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Cıdırxan kəndində (rayon mərkəzindən 24 km aralı) dağlıq ərazidə 2 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 70 kv.m olan 4 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanmışdır. Yanğın saat 16:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu şəhərində vətəndaşa məxsus 9 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:37-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda altımərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:16-da başa çatmışdır;

Abşeron rayonunda "Opel" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolayrıcı dəmir lövhəyə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı həmin avtomobildə olan 4 nəfər həlak olmuş, 1 nəfər isə yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 03:25-də başa çatmışdır;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində 2 nəfər, nəzarət olunmayan hissəsində 1 nəfər və Mingəçevir su anbarının nəzarət olunan hissəsində 1 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.