Geri

25 iyun 2011-ci il, saat 09:00-dək

Şəmkir şəhərində ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 120 kv.m sahədə yanmışdır. Yanğın saat 12:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Kolayır kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ərazidə 1,2 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Bağbanlar kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1960-cı il təvəllüdlü Rəşid Muxtar oğlu Əliyev çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən keçirilən ilkin tibbi müayinə nəticəsində R.Əliyevin vəfat etdiyi məlum olmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:20-də başa çatmışdır;

Xaçmaz rayonu, Xudat şəhərində Xudat Şəhər Bələdiyyəsinə məxsus ərazidə 2 ha biçilmiş otlaq sahəsi yanmışdır. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Dünyamalılar kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot tayası yanmışdır. Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.