Geri

21 iyun 2011-ci il, saat 09:00-dək

Füzuli rayonunda "QAZ" markalı minik avtomobilinin salon hissəsi yanmışdır. Yanğın saat 14:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda Lokomotiv deposunun ərazisində quru ot və məişət tullantıları 300 kv.m sahədə yanmışdır. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Təzə Alvadı kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin çardağına yığılmış 5 ton ot bağlaması yanmış, hadisə zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tələf olmuşdur. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən 4 baş iribuynuzlu heyvan xilas olunmuşdur. Yanğın saat 19:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Mollaoba kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tikintisi başa çatmamış tövlənin içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Müsüslü kəndində traktorun qoşqusunun təkərləri və qoşquya yığılmış 1,2 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Ərəbcəbirli kəndində (rayon mərkəzindən 9 km aralı) Ərəbcəbirli Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə quru ot yanmışdır. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda dənizin nəzarət olunmayan hissəsində çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 20:15-də başa çatmışdır; 

Yevlax rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, həmin avtomobillərdə olan 5 nəfər yaralanmış, "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaralılar isə xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən "VAZ" markalı minik avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonunda İsmayıllı-Lahıc avtomobil yolunda "UAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə yuvarlanmışdır. Nəticədə, sürücü yaralanmış, sərnişinlər 1970-ci il təvəllüdlü Arif Kamal oğlu Maqsudov və 1970-ci il təvəllüdlü Sahib Ağaməmməd oğlu Məmmədov isə həlak olmuşdur. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:58-də başa çatmışdır;

Masallı rayonu, Qızılavar kəndində (rayon mərkəzindən 11 km aralı) Qızılavar Kənd Bələdiyyəsinə məxsus ərazidə 2 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Savalan kəndində (rayon mərkəzindən 32 km aralı) "OPEL" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılmışdır. Nəticədə, sürücü yaralanmış, nəqliyyat vasitəsinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Poylu kəndində vətəndaşa məxsus balıqçılıq təsərrüfatının ərazisində ümumi sahəsi 30 kv.m olan vaqon tipli gözətçi otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Qullar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahənin çəpərinin 70 p.m hissəsi yanmışdır. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.