Geri

20 iyun 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində qayığın çevrilməsi nəticəsində 1 nəfər suda batma təhlükəsi ilə üzləşmişdir. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas etmişlər. Əməliyyat saat 11:15-də başa çatmışdır;

Bərdə rayonu, Mollalı kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 700 kq ot bağlaması yanmışdır. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində vətəndaşa məxsus "RAF" markalı minik avtomobilinin salon hissəsi, yaxınlıqda yerləşən digər vətəndaşa məxsus ümumi sahəsi 175 kv.m olan tövlə və ona bitişik tikilmiş talvarın dam örtüklərinin yanar konstruksiyaları və 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Müsüslü kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus traktorun qoşqusuna yığılmış 800 kq ot bağlaması yanmışdır. Yanğınsöndürənlər  çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Mahmudlu kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Yuxarı Qarxun kəndində (rayon mərkəzindən 10 km aralı) Yuxarı Qarxun Kənd Bələdiyyəsinə məxsus ərazidə 1,5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 312 kv.m olan ikimərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində digər vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 42 kv.m olan mağazada ərzaq malları yanmış, yüksək temperaturdan mağazanın asma tavanı ərimişdir. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndində vətəndaşa məxsus həyətyanı sahədə 1,5 ton ot tayası yanmışdır. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan qarajın içərisinə yığılmış ətriyyat malları 10 kv.m sahədə yanmışdır. Yanğın 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Mitsubishi" markalı minik və "Kamaz" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Mitsubishi" markalı minik avtomobilinin sürücüsü 1965-ci il təvəllüdlü Maqsud Kenzibekov isə həlak olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə M.Kenzibekovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 07:05-də başa çatmışdır;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində 3 nəfər, nəzarət olunmayan hissəsində 4 nəfər və Mingəçevir su anbarının nəzarət olunan hissəsində 1 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.