Geri

19 iyun 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 13:52-də başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən yağ-piy kombinatının ərazisində 3 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda yerləşən zavod binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış və vətəndaşların liftdən çıxmasında şərait yaratmışlar. Əməliyyat saat 14:22-də başa çatmışdır;

Qazax rayonu, Yuxarı Salahlı kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 110 kv.m sahədə yanmışdır. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Şilyan kəndində (rayon mərkəzindən 27 km aralı) ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 25 kv.m sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, 3-cü Yalama qəsəbəsində (rayon mərkəzindən 8 km aralı) 3-cü Yalama Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Mahmudlu kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Güloğlular kəndində (rayon mərkəzindən 18 km aralı) Güloğlular Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Gödəkqobu kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Düyərli kəndində (rayon mərkəzindən 20 km aralı) "Mercedes" və  "BMW" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, "BMW" markalı  avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Babək Məhərrəm oğlu Məmmədov həlak olmuş, hadisə zamanı həmin avtomobildə olan 1 nəfər sərnişin və "Mercedes" markalı avtomobilin sürücüsü və 3 nəfər sərnişin yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış yaralıları və B.Məmmədovun cəsədini nəqliyyat vasitələrindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:30-da başa çatmışdır;

Qəbələ rayonu, Topbağ kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə və həmin tövlənin damına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında Mingəçevir su anbarının nəzarət olunan hissəsində çimərkən suda batma təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.