Geri

31 mart 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 13:56-da başa çatmışdır;

Oğuz rayonu, Dəymədərə kəndində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 22 kv.m sahədə yanmışdır. Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus həyətyanı sahədə 4,5 ot bağlaması yanmışdır. Yanğın saat 16:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda "KİA" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:44-də başa çatmışdır;

Xaçmaz rayonu, Armudpadar kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala şəhərində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin mətbəxinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda onyeddimərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:19-da başa çatmışdır.