Geri

30 mart 2011-ci il, saat 09:00-dək

Qazax şəhərində Mədəniyyət və Turizm Nazirliyinə məxsus rəsm qalereyasının yerləşdiyi ümumi sahəsi 336 kv.m olan birmərtəbəli binada 1 ədəd kondisioner yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Nəsimi kəndində (rayon mərkəzindən 36 km aralı) ümumi sahəsi 42 kv.m olan 2 otaqlı qamışdan ibarət fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunmuşdur. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Mercedes" markalı minik avtomobilinin sürücüsü yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış yaralını nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:28-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 25 kv.m olan 1 otaqlı fərdi evin yanar konstruksiyaları yanmış, 1 nəfər yanıq xəsarət almışdır. Həmin evə bitişik evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Diametri 500 mm olan magistral qaz xəttinin Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza nəticəsində yanğın baş vermiş və hadisə ərazisində olan mazut 45 kv.m sahədə yanmışdır. Həmin qaz xətti ilə qazın nəqli Qaz Emalı Zavodunun işçiləri tərəfindən dayandırılmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər ərazidən keçən magistral neft və qaz xətlərini yanğından mühafizə etmişlər. Yanğın saat 20:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:17-də başa çatmışdır;

Salyan rayonu, Arıbatan kəndində (rayon mərkəzindən 3 km aralı) ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evdə tavanın yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Suvakal kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Liman şəhərində (rayon mərkəzindən 7 km aralı) ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 6 otaqlı fərdi evin yanar konsturuksiyaları və əşyalar 60 kv.m sahədə yanmış, 1 nəfər yanıq xəsarətləri almışdır. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.