Geri

29 mart 2011-ci il, saat 09:00-dək

Füzuli rayonu, Balabəhmənli kəndində (rayon mərkəzindən 1 km aralı) ümumi sahəsi 180 kv.m olan üçmərtəbəli binanın 1-ci mərtəbəsində köməkçi otağın yanar konstruksiyaları 18 kv.m sahədə yanmışdır. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Qaradolaq kəndində (rayon mərkəzindən 20 km aralı ) "Azərenerji" ASC-yə məxsus gücü 1800 KVT olan  transformatorun yağı yanmışdır. Transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1952-ci il təvəllüdlü Şiroxov Valeri Petroviç döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində V. Şiroxovun vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:37-də başa çatmışdır;

Şamaxı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 2 otaqlı fərdi evin 1 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 10 kv.m sahədə yanmışdır. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Ərçivan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda Keşlə dəmir yol stansiyasının 2-ci baş yolunda Dəmir yol İdarəsinə məxsus "VL-81374" tipli elektrovozun maşinist kabinəsi yanmışdır. Elektrovozun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Qaşqaçay kəndində (rayon mərkəzindən 15 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə kol-kos 2 ha sahədə yanmışdır. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan daş döşəmələri sexində qəliblər və tikinti materialları 50 kv.m sahədə yanmışdır. Sexdə olan qəlib və tikinti materiallarının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Ceyrançöl otlaq sahəsində (rayon mərkəzindən 60 km aralı) 15 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 3500 kv.m olan birmərtəbəli binanın metal konstruksiyaları və içərisində olan hazır süngər məhsulları ümumilikdə 2200 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqdakı digər sex yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.