Geri

27 mart 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda "MERCEDES" və "TOYOTA" markalı minik avtomobilləri toqquşmuşlar. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "MERCEDES" markalı avtomobilin yanar hissələri yanmış, sürücü və 2 sərnişin yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışlar. "TOYOTA" markalı avtomobil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan penoplast materiallar hazırlanan sexin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində taxta tullantıları 10 kv.m. sahədə yanmış, 3 nəfər xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Yanğınsöndürənlər yanğın zamanı binada olan 20 nəfərin təxliyyəsini həyata keçirmiş, mənzilləri yanğından mühafizə etmişlər. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Qaradolaq kəndində (rayon mərkəzindən 16 km aralı) Meşə Mühafizə və Bərpası müəssisəsinə məxsus ərazidə 2 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər xəstə şəxsin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və orada olan şəxsi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:54-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:02-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi texnika vasitəsilə doqquzmərtəbəli yaşayış binasının damından enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:48-də başa çatmışdır;

Xaçmaz rayonu, Xəzərli kəndində (rayon mərkəzindən 30 km aralı) ümumi sahəsi 90 kv.m olan fərdi evin yanar konstruksiyaları 45 kv.m sahədə yanmışdır. Yanğın saat 21.41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Zirzəm" kafesinin giriş qapısının kilidinin sınması nəticəsində 20 nəfər köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmış və insanların çıxmasını təmin etmişlər. Əməliyyat saat 03:35-də başa çatmışdır.