Geri

26 mart 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən enərək 2-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1961-ci il təvəllüdlü Məhərrəmova Gülşən döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində G.Məhərrəmovanın vəfat etdiyi məlum olmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:24-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:03-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:14-də başa çatmışdır;

Bərdə rayonu, Zümürxan kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus istirahət mərkəzinin ümumi sahəsi 135 kv.m olan birmərtəbəli hamam otaqlarının mansarda hissələrinin yanar konstruksiyaları əşyalarla birlikdə yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan quşçuluq fermasının taxta konstruksiyalardan ibarət dam örtüyü yanmış, hadisə zamanı fermada olan cücələr tələf olmuşdur. Yanğın saat 21:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan internet klubun kompüter otağının yanar konstruksiyaları 35 kv.m sahədə və içərisində olan 3 ədəd kompüter yanmışdır. Yanğından internet klubun qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 08:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.