Geri

23 mart 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat 11:35-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs özünü yerə atmaq məqsədilə yüksək gərginlikli elektrik dirəyinə qalxmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxslə psixoloji söhbət aparmış və vətəndaşın xilasına nail olmuşlar. Əməliyyat saat 12:26-da başa çatmışdır;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 3 km aralı) ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "BMW" və "Saipa" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı "Saipa" markalı minik avtomobilinin içərisində olan 2 nəfər sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 15:43-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" və "NİSSAN" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki avtomobilin sürücüsü xəsarət almış, "NİSSAN" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Yanğın saat 04:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.