Geri

22 mart 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:55-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:51-də başa çatmışdır;

Abşeron rayonu, Xırdalan şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 23:24-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda ondördmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:45-də başa çatmışdır;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan qarajın içərisində əşyalar yanmış, 1 nəfər yanıq xəsarəti almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 00:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:24-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən kafedə məişət qaz balonu alışmış, 1 nəfər yanıq xəsarətləri almışdır. Yanğınsöndürənlər çatana kimi yanğın kafenin işçiləri tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.