Geri

31 dekabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evdə tavanın yanar konstruksiyaları 15 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1929-cu il təvəllüdlü qadın giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmış və içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yataqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri qadını müəyinə etmiş və onun xəstə olduğunu müəyyən etmişlər. Əməliyyat saat 11:50-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaş tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Bəhmətli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan tövlədə çardağın yanar konstruksiyaları və çardağa yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evdə dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Ev sahibi - 1946-cı il təvəllüdlü Kərəm Cəlal oğlu Fərhadov, ilkin ehtimala görə, ürək çatışmamazlığından dünyasını dəyişmişdir;

Beyləqan rayonu, Dünyamalılar kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus evin həyətində 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Binə Xocavar kəndində (rayon mərkəzindən 4 km aralı) ayrı-ayrı vətəndaşlara məxsus hər birinin ümumi sahəsi 60 kv.m olan 2 bitişik talvarın yanar konstruksiyaları, ümumilikdə, 22 kv.m sahədə və talvarlardan birinin altına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Muğan Gəncəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsindəki 2 otaqda tavanın yanar konstruksiyaları 56 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Yasab kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Ağamalı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl şəhərində vətəndaşa məxsus "ZAZ" markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.