Geri

27 dekabr 2011-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan üçmərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli inzibati binanın liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:47-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda fərdi evdə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, giriş qapısının kilidi sınmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər birmərtəbəli fərdi evin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Əməliyyat saat 17:12-də başa çatmışdır;

Qax rayonu, Meşəbaşı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 99 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində tavanın yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Böyük Göyüşlü kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanması və çardağının konstruksiyalarının çökmüş halda olması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, evin yanar konstruksiyaları əşyalarla birlikdə yanmış, evin çardağının konstruksiyaları çökmüş, ev sahibi və həyat yoldaşı yanıq xəsarətləri almışlar. Yaralılar xəstəxanaya aparılmışlar. Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin anası - 1927-ci il təvəllüdlü Sayalı Əsəd qızı Kazımova və bacısı - 1965-ci il təvəllüdlü Sevda Heydər qızı Kazımovanın cəsədləri yanğınsöndürənlər tərəfindən uçqun altında aşkar edilmişdir. Cəsədlər yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.