Geri

30 noyabr 2011-ci il, saat 09:00-dək

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 kv.m olan sinif otağının döşəməsi 4 kv.m sahədə yanmışdır. Məktəbin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildən kəskin qaz iyinin gəlməsi və evdə olan 2 nəfər vətəndaşın giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər həmin mənzilə gedən qaz xəttinin vintini bağlamış, sonra xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından 5-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1936-cı il təvəllüdlü İmran Abdulvahab oğlu Vahabov və onun həyat yoldaşı, 1937-ci il təvəllüdlü Səbinə Bilal qızı Vahabova hərəkətsiz vəziyyətdə aşkarlanmışlar. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində İ.Vahabovun və S.Vahabovanın öldüyü müəyyən olunmuşdur. Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:45-də başa çatmışdır;

Şabran rayonu, Aygünlü kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 500 kiloqramı yanmışdır. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Otmanoba kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 11 ton ot bağlamasının 10 tonu yanmışdır. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda "Bakıelektrikşəbəkə" ASC-yə məxsus transformatorun çıxış kabeli 4 p.m yanmışdır. Transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Abşeron rayonunda vətəndaşa məxsus həyətyanı sahədə transformatorun sarğıları və yağı yanmışdır. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 2 otaqlı mənzilin hamam otağında həcmi 5 litr olan qaz balonu partlamışdır. Nəticədə, ümumi sahəsi 5 kv.m olan hamam otağının lambirdən ibarət asma tavanı dağılmışdır. Yanğın hadisəsi olmamışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bərdə rayonu, Türkmən kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan 1 otaqlı evin tavanı və ev əşyaları qismən, evə bitişik ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Ev sahibinin iki nəfər azyaşlı uşağı yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşdur. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasındakı mənzildə bağlı qapı arxasında azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, uşaq yataq otağının qapısının təsadüfən kilidlənməsi nəticəsində içəridə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə otağın qapısının şüşəsini qıraraq otağa daxil olmuşlar. Otaqda nəzarətsiz qalmış azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:24-də başa çatmışdır.