Geri

28 noyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 8 kv.m olan fəhlələrin xidməti otağının yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 10:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda 1907-1910-cu illərdə inşa olunmuş taxta konstruksiyalı dördmərtəbəli 20 mənzilli yaşayış binasında yanğın olmuşdur. Nəticədə, ümumi sahəsi 540 kv.m olan çardağın yanar konstruksiyaları 450 kv.m sahədə, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 4 otaqlı mənzilin mətbəxində tavan 2 kv.m sahədə, habelə digər vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin tavanı 7 kv.m sahədə yanmışdır. Yanğın saat 11:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Çardağın qalan hissəsi, digər mənzillər və yaxınlıqdakı yaşayış binaları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs xəstə olduğundan qapını aça bilmir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu eyvandan enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər köməyə ehtiyacı olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:53-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:43-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının 4-cü mərtəbəsində 8 ədəd elektrik sayğacı yanmışdır. Yanğın saat 00:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanmışdır. Yanğın saat 03:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi - 1941-ci il təvəllüdlü Ultanasova Nina Aleksandrovnanın cəsədi aşkar olunmuşdur. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 2 otaqlı mənzildə partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, mənzilin arakəsmə divarları və 4-cü mərtəbədəki ümumi sahəsi 56 kv.m olan 2 otaqlı qonşu mənzilin hamam otağının tavanı uçmuşdur. Binada yaşayan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur;

Quba rayonu, Digah kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.