Geri

26 noyabr 2011-ci il, saat 09:00-dək

Tərtər rayonu, Ələsgərli kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 09:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin tüstü bacasının ətrafı 6 kv.m sahədə yanmışdır. Yanğın saat 10:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı evin mətbəxində ev əşyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, evin dam örtüyü və qapı-pəncərəsi dağılmış, ev sahibinin həyat yoldaşı xəsarət almışdır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:48-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:19-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanmışdır. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından keçərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən qadın döşəmədə halsız vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:14-də başa çatmışdır;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan mebel təmiri sexində mebel məmulatları yanmışdır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Seyidkənd kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus "UAZ" markalı avtomobilin banı və banına yığılmış 220 kq ot bağlaması yanmışdır. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Yuxarı Noxudlu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi - 1935-ci il təvəllüdlü Sabir Ziyadxan oğlu Sadıqovun cəsədi aşkar olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 41-ci kilometrliyində vətəndaşa məxsus "İnfiniti" markalı minik avtomobili yol kənarında quraşdırılmış dəmir qoruyucuya dəymiş və yanmışdır. Yanğının söndürülməsi zamanı avtomobilin sahibi - 1979-cu il təvəllüdlü Elşad Məhərrəm oğlu Gözəlovun və sərnişini - 1957-ci il təvəllüdlü Hilal İslam oğlu Xankişiyevin cəsədləri aşkarlanmışdır. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. E.Gözəlovun və H.Xankişiyevin cəsədləri xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə deformasiyaya uğramış və yanmış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:51-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan  qazanxananın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Böyük Həmyə kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan hinin yanar konstruksiyaları yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.