Geri

25 noyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin tavanının yanar konstruksiyaları 28 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Vladimirovka kəndində (rayon mərkəzindən 7 km aralı) "Fiat" markalı minik avtomobili ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobildə olan 1 nəfər sərnişin xəsarət almışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:50-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda "Reno" və "QAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Reno" markalı avtomobilin sürücüsü xəsarət almışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 18:23-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən sonuncu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:27-də başa çatmışdır;

Göyçay rayonu, Şəkili kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 15 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan quşçuluq fermasının dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə və içərisində olan, təxminən, 3000 ədəd cücə yanmışdır. Fermanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda "TOYOTA" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Xəsarət alan olmamışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:09-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda Nəsimi və Binəqədi rayonlarına gedən orta təzyiqli diametri 500 mm olan yeraltı magistral qaz xəttində baş vermiş qəza nəticəsində yanğın olmuşdur. Nəticədə, həmin vaxt tıxacda dayanmış "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğınsöndürənlər saat 23:20-də yanğını söndürmüş, habelə 20 ədəd avtomobili yanğın zonasından uzaqlaşdırmağa köməklik etmişlər;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Tbilisi marşrutu ilə hərəkət edən şəhərlərarası sərnişin avtobusu dərinliyi, təxminən, 40-50 sm olan çalaya düşmüşdür. Nəticədə, avtobus xarab olmuş, sürücü və içərisində olan 42 sərnişin yolda köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sərnişinlərin avtobusdan düşməsinə kömək etmiş və onların təhlükəsiz yerə aparılmasını təşkil etmişlər. Xilasedicilər, həmçinin, xarab olaraq yolda qalmış Bakı-Gəncə şəhərlərarası sərnişin avtobusunda köməksiz vəziyyətdə qalmış 4 nəfər vətəndaşa da zəruri köməklik göstərmişlər. Əməliyyatlar saat 05:06-da başa çatmışdır;

Lerik rayonu, Birkəndur kəndində (rayon mərkəzindən 22 km aralı) ümumi sahəsi 56 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 113 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1000 kv.m olan diş poliklinikasının ümumi sahəsi 20 kv.m olan anbarında təsərrüfat malları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.