Geri

24 noyabr 2011-ci il, saat 09:00-dək

Cəlilabad rayonu, Şıxlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Eynallı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Kolxəlfəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanının yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Sımada kəndində (rayon mərkəzindən 57 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otaq və eyvanının yanar konstruksiyaları əşyalar ilə birlikdə 68 kv.m sahədə yanmışdır. Yanğın saat 18:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Xanqərvənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində peşə liseyinin ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evdə 1 ədəd yataq dəsti yanmışdır. Ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1987-ci il təvəllüdlü Rasim Rafiq oğlu Əliyev mətbəxdə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində R.Əliyevin öldüyü müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:32-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının ərazisində çarxa dolanmış kabelin 405 p.m hissəsi yanmışdır. Digər kabel çarxları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına elektrik dirəyinin aşması səbəb olmuşdur;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında tavanın yanar konstruksiyaları 35 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına divar sobasının həddən artıq qızması səbəb olmuşdur.