Geri

23 noyabr 2011-ci il, saat 09:00-dək

Tərtər rayonu, Evoğlu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda istifadəsiz və kəsilməkdə olan gəminin içərisində neft qalıqları və izolyasiyası 250 kv.m sahədə yanmışdır. Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan təsərrüfat malları mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı mağazalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində (rayon mərkəzindən 21 km aralı) orta məktəbin ərazisindəki ümumi sahəsi 40 kv.m olan 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı orta məktəb binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda partlamamış silah-sursatların aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların mütəxəssisləri ilə birgə aşkarlanmış sursatlara baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararlı olan 2 ədəd əl qumbarasıdır. Aşkarlanmış hərbi sursatlar müvafiq qaydada xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Daha sonra həmin ərazidə xilasedicilər axtarış işləri aparmışlar. Axtarış nəticəsində şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 16:22-də başa çatmışdır; 

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:59-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və ona bitişik köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:06-da başa çatmışdır.