Geri

22 noyabr 2011-ci il, saat 09:00-dək

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin bir otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 20 kv.m sahədə, habelə dam örtüyü 25 kv.m sahədə yanmışdır. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşağın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından sonuncu mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:49-da başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:52-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 21 noyabr 2011-ci il tarixində Bakı vaxtı ilə saat 23:42-də Piquludan 15 km şimal-qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdəki maqnituda 3,0 bal olmuşdur. Pirquluda zəlzələ 3,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır;

Bakı şəhəri, Nizami rayonunda “İkarus” markalı sərnişin avtobusunun dəmir yol keçidi ilə hərəkət edən yük qatarının axırıncı vaqonuna çırpılması barədə məlumat daxil olmuşdur. Nəticədə, sərnişin avtobusu deformasiyaya uğramış, sürücüsü yaralanaraq avtobusda sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtobusdan çıxarmış, ona ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:38-də başa çatmışdır;

Gədəbəy rayonu, Şahdağ kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.