Geri

21 noyabr 2011-ci il, saat 09:00-dək

Oğuz şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən həmin şəxsin sərxoş vəziyyətdə olduğu və özünü yaşadığı mənzilin eyvanından atmağa cəhd etməsi məlum olmuşdur. Xilasedicilər vətəndaşın anasının verdiyi açarla beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmış və mənzilə daxil olmuşlar. Xilasedicilər mənzilin eyvanında olan həmin şəxslə psixoloji söhbət aparmış və onu intihardan çəkindirmişlər. Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:44-də başa çatmışdır;

Bakı Şəhəri, Binəqədi rayonunda  “RANGE ROVER” və “VAZ” markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, “VAZ” markalı minik avtomobilinin sürücüsü - 1958-ci il təvəllüdlü Fuad Şamil oğlu Səlimxanov və onun həyat yoldaşı - 1958-ci il təvəllüdlü Fatma Musa qızı Əliyeva hadisə yerində ölmüş, 1 nəfər sərnişini xəsarət almışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər cəsədləri və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralını aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:47-də başa çatmışdır;

Qusar rayonu, Qalacıq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.