Geri

30 yanvar 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda "Renault" markalı yük avtomobilinin kabinəsi yanmış, sürücü yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 09:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 72kv.m olan ikimərtəbəli 6 otaqlı fərdi evin yanar konstruksiyaları 52kv.m sahədə yanmışdır. Yanğın saat 17:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonunda vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus taxta bazarında ümumi sahəsi 6kv.m olan gözətçi köşkünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı bazar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Rəncbərlər kəndində (rayon mərkəzindən 15km aralı) ümumi sahəsi 90kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanından enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən üç nəfər hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış müayinə nəticəsində həmin şəxslərin vəfat etdiyi məlum olmuşdur. Ərazi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:25-də başa çatmışdır.