Geri

29 yanvar 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış və liftin qapılarını açmaqla zərərçəkmişlərin oradan çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:44-də başa çatmışdır;

İmişli şəhərində vətəndaşa məxsus maye-qaz və benzindoldurma məntəqəsinin ərazisindəki talvarın altında yerləşdirilmiş 1 ədəd sayğac lövhəsi yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən həmin yanacaq doldurma məntəqəsinin ərazisində olan 2 ədəd 10m3 və 1 ədəd 3m3 maye qaz çəni, həmçinin, yanacaq (benzin) konteyneri yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Kiş kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6kv.m sahədə yanmışdır. Yanğın saat 20:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.