Geri

28 yanvar 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da zərərçəkmişlərə xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 08:44-də başa çatmışdır;

Lənkəran şəhərində ümumi sahəsi 2400kv.m olan hazırda fəaliyyət göstərməyən mebel zavodunun üçmərtəbəli binasının 1 otağında 10kv.m sahədə qır yanmışdır. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Səfikürd kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus həyətyanı sahənin çəpərinin 80p.m hissəsi yanmışdır. Yanğın saat 12.:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ruhi xəstə olan həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:29-da başa çatmışdır;

Şəmkir rayonu, Düz Qışlaq kəndində (rayon mərkəzindən 15km aralı) ümumi sahəsi 60kv.m olan 2 otaqlı fərdi evin 1 otağının yanar konstruksiyaları və əşyalar 30kv.m sahədə yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 55kv.m olan tövlənin  çardağının yanar konstruksiyaları 20kv.m sahədə və həmin tövlənin çardağına yığılmış 200kq ot bağlaması yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu heyvan və 10 ədəd ev quşu xilas edilmişdir. Yanğın saat 17:50-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.